adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Aprel 2019 16:14
14439
ƏDƏBİYYAT

İSPAN ÇƏKMƏSİ

(romandan fəsil)

(Əvvəli ötən saylarımızda)

Yeddinci mərtəbə


"Amma mən tək canımla sizin yükləri necə daşıyım, dərdinizinecə çəkim, dava-dalaşınıza necə dözüm?”

("Tövrat”dan)

"... biz düşmənlərimizin dediklərini yox,dostlarınsükutunu, lal-dinməzliyini xatırlayacağıq...”

Martin LüterKinq


X. qəzetdə kriminal xəbərləri oxumaqdan bezib yoruldu. Hətta bu qədərbəd xəbərləri oxuyub haldan-hala düşdüyünə görə özünə acığı da tutdu. Bəlkə təzyiqidə qalxmışdı.

"Viva memento!” – "Həyat haqqında düşün!” - İstehza ilə öz-özünəfikirləşdi.

Qəzetləri bir kənara qoydu. Yadına düşdü ki, axı çantasında ədəbi dər­gi­lər­dənbirinin ən son sayı davar. X. birdən-birə bu dəfə ədəbi düşüncələrə daldı. Oturub durduğudostların, tanışları arasında xeyli sənət adamları, qələm əhli də var idi. X. cibinin yaxşıvaxtlarında məxsusi olaraq şair dostlarını axtarıb tapmaq, onları qonaq edibbirgə boğaz yaşlamağı sevirdi.

X.ın dodaqları qaçdı.Şair dostlarla belə xudmanı məclislərdən birinda baş vermis bir əhvalat yadınadüşdü.

... Dəmlənib kefi ala buludda gəzən şairin gur, cod səsi kafenibaşına götürmüşdü.

Lirik şeirini avazlaoxuyan şairin bir gözü qonşu masalardan birində əyləşən bir xanımda qalmışdı.İş bunda idi ki, xanım tək deyildi. Yanında pəzəvəngin birisi var idi. Şairkimi arıq-uruğun yüzünü bir qolu ilə qatlayıb dizinin altına qoyardı. Həmxanələrişairə nə qədər göz-qaş etsələr də olmadı. Şairin gözü xanımı tutmuşdu. Pəzəvənginsəbri də elə özü boyda imiş. Hələ ki, səbrini basıb dözüb durmuşdu. Şair ziləqalxanda tablaşa bilmədi. О ağır kişinin yerindən qalxması ilə şairin üstünəcumub başı üstünə qaldırması bir oldu. Şairi pəzəvəngin əlindən alıb xilas edənyenə də xanım oldu. Görünür, şeirlər xoşuna gəlibmiş. Yenə sağ olsun...

Şairin də təsəllisibu oldu ki, şeirləri gözəl bir xanımın könlünü oxşayıb.

Tanış şairlərdən elələrivar idi ki, X. onun əzbər bildiyi hər hansı şeirlərindən birini yadına salandamüəllif gəlib gözləri önündə durardı. Eləsi də var idi ki, nə qədər şeirləriniöz-özünə əzbər desə də, şairi o şeirlərin arxasında görə bilməzdi.

X.-in ədəbi dərginiaçıb ilk səhifəsindən vərəqləməyə başladı. Dərginin orta səhifələrinə çatanda əlsaxladı. Səhifədə cavan bir şairin qara həşyədə şəkli verilmişdi. Dərgidə əvvəlcəcavan şair haqqında bir dostunun elegiyası yer almışdı. Demə, istedadı aşıbdaşan оcavan şair də buyaxınlarda həyatına qəsd etmiş, özünü yeddi mərtəbəli bir binanın üst qatındanatmaqla intihar etmişdi.

X. əli üzündə qaldı.Yenə də intihar! Özü də iki-üç ay bundan qabaq.

Bu xəbər X.-ı daha bərk sarsıtdı. Cavan şairin faciəliölümünə yanıb-yaxıldı, hətta ətrafda kimsənin onu görüb başdan xarab hesab edəcəyindənehtiyatlanmayaraq əlini dizinə vurub vaysılandı. X. o cavan şairi üzdəntanımasa da, imzasına az-çox bələd idi. Əlinə düşən qəzetlərdə, dərgilərdə,saytlarda rastlaşdığı şeirlərini oxuyub məmnunluq duymuşdu.

Nakam şairin faciəsinə hörmət əlaməti olaraqyazdığı şeirlərindən yadında qalanları xatırlamağa çalışdı. Yaddaşı onu pərt eləmədi,yadına şairin şeirlərindən biri düşdü:

Yüklədolu gələn gəmi ,

Çatibdirayrılıq dəmi

Kiməsatım dərdi, qəmi

Neyləyim,aman, neyləyim.

Budünyanın səfi qırıq,

Çevrəndənçıxsan –bil cızıq

Bəsmən bədbəxt, bəs mən yazıq

Neyləyim,aman, neyləyim.

Hərbir işin öz çəmi var,

Gülənlərinmin qəmi var,

Dövraninöz çəm xəmi var

Neyləyim,aman, neyləyim .

Axı, imzaları məşhur,nüfuzlu, adlı-sanlı qocaman sənətkarlar da о cavan şairin istedadından, parlaqgələcəyindən ağız dolusu, inam dolu qətiyyətlə danışırdılar.

X. cavan şairin ölümündənxəbər tutsaydı, hökmən onun yasına gedər, yaxınlarına, əzizlərinə başsağlığıverərdi. Mərhumun qırxı da çıxmışdı. Kim bilir о nakam şairin ilinəcən nələrolacaqdı?

Redaksiya cavanşairin şeirlərindən nümunələr, gündəliyini, yarımçıq qalmış əsərlərindənparçaları da çap edib oxuculara təqdim etmişdi.

X. əvvəlcə şeirlərioxudu.

Sonrakışeirlər əvvəlkindən də hüznlü idi. Elə bil balaca yer kürəsinin dünya boyda qəmlə-kədərləqalaqlanmış dərd yükü o cavan şairin çiyinlərində imiş.

GərəkHerakl olaydın ki, o ağırlıqda yükə tabıaşa biləydin.

X.pıçıltı ilə dodaqaltı şeirləri oxumağa başladı.

О gecə ay çıxmış, aydınlıq idi,

İçimsə bir zülmət qaranlıqidi,

Elə bil halım da о yanlıq idi,

Yaxşı ki, sən gəldin,oyatdın məni.

Bu dərdə güman ki, dərman tapılmaz,

Halıma ağlayan, yanan tapılmaz ,

Dünyanın sirrini açan tapılmaz,

Yaxşı ki, sən gəldin oyatdın məni.

Çətin deyən olsun: "Oyan!” - tapılmaz,

Çətin deyən olsun: "Az yan!” - tapılmaz,

Çətin deyən olsun: "Dayan!” – tapılmaz,

Yaxşı ki, sən gəldin, oyatdın məni...

***

Gəzmədiyiyer qalmayıb,

Eləbil itiyi azıb,

Gözləryolda, qulaq səsdə,

Tanriyoxsa belə yazıb?

Ürəkdolu, əyin yalın,

Sayasalmaz gönü qalın,

Yoldagörsəniz saxlayın,

Tanriyoxsa belə yazıb.

Qalıbdıyollarda gözü

Yoxdeməyə daha sözü

Qəbriniqazıbdı özü

Tanrıyoxsa belə yazıb?

Dolanolsa- boşalan o,

Yananolsa - kül olan o,

Susanolsa –danışan o,

Yazıyazan belə yazıb...

Bu da şairin cib dəftərçəsinəyazdıqlarından nümunələr.

Dünya nə boydadırki, dərdim də ona sığsın ?

Biləyini əyə bilməyənin əlini sıxırdı...

Sözün keçməyən yerdə sözünü dəyişmə, yerini dəyiş...

Özündən cox dünyaya rəhmi gəlirdi-dünya ondan da tənha,yalqız idi.

Əsasi əlində idi. Dayaq durani yox idi.

Səni bağışlaya bilərəm, özümü isə yox ...

Axşam işıqları ertədən yandırdı ki, səhərlər tezaçılsın

Qapini döyməyəcəm, qoy məni özləri çağırsın

Kor idi, gözləri darı dələnlərin quyusuna düşdü

Alışıb kösöv olub sönməkdənsə, yanıb kül olmaq nəgözəl

Yalvar – yaxar edib dil olmaqdansa lal olub heykələdönmək nə gözəl !

***

Jurnaldaşairin gündəliyindən parçalar da dərc edilmişdi. X.-ın yadına öz gündəliyidüşdü. O da neçə illər idi ki, gündəlik yazıırdı. Onun gündəlik yazdıqları qısaidi. Uzaqbaşı iki-üç cümlə olardı. Bəlkə də bu onun elə gündəlik yaşayışının məzmunuilə bağlı idi.

Ayın,həftənin bəzi günləri o gündəlikdə boş qalmışdı. Bunun da səbəbi o idi ki, həmingünlər o evə hallı qayıdırdı və oturub gündəlik yazmağa ərdəmi, hövsələsiçatmırdı (Belə boş səhifələr- aradan keçən günlər gündəlikdə çox idi).

Hə,onun yazdığı iki-üç cümlə olardı. Məsələn, gündəlikdə belə cümlələr yazılmış səhifələrgen-bol idi: "Bu gün filankəs, sağ olsun, qulluğumda durdu. Borcunu gərəkqaytaram”. "Adam yerinə qoymadığım biri həmxanələrin arasında əməlli-başlı mənipərt elədi.Gərək yaddan çıxarmayam. Qalsın qulluğunda!”. "Süleymana qalmayandünya indi mənəmi qalacaq? Eh, qoy kim zurnasını nə qədər püləyirsə püləsin.Vecimə də deyil...” "Deyir gödək atıldıvurdu uzunun başına. Uzun da gülüb qayıtdı ki, əcəb yadıma saldın. Mənimuzunlarla nə işim? Başını aşağı sal, nə sağa bax, nə sola, yolunu düz get!..”

Bu nakam şairin gündəliyiisə tamam fərqli idi. Doğrudur bu gündəlikdə də fikirlər, düşüncələr iki-üçlakonik cümlə ilə ifadə olunmuşdu. О cümlələrin yazıldığı tarix isə gündəlikdə əksolunmamışdı.

X. təəssüfləndi. Оcümlələrin yazılma tarixi məlum olsaydı, nakam şairin ömür yolunu X. özü üçündaha asan təsəvvür edə bilərdi. Ancaq yazılanlardan da X. şairin həyatını gözləriönündə canlandırmağa çalışdı.

Məsələn, "Niyə bəsmənim xəbərim yoxmuş, heç demə, qış fəsli soyuq olurmuş..."

X. acı-acı gülümsədi.Məhəbbətin gücünə bax! Bədbəxt aşiq qışın şaxtasını, soyuğunu sevdiyi qızınyoxluğundan sonra hiss edibmiş...

Görəsən şair о qızlasonralar barışıb? Əgər barışıblarsa şairin bu əbədi yoxluğundan sonra indi о bədbəxtqız üçün yazın ilıq günləri, yayın cırhacırı qışın çovğununa çevrilməyəcəkmi,payızın sarı rəngi dünyadan köç eləmiş sevgilisinin sifətinin solğun meyit rənginiyadına salıb ürəyini didib-parçalamayacaqmı? Qışın bumbuz uzun soyuq gecələrindəyorğan-döşəkdə cəhənnəmin istisini xatırlama­yacaqmı?

Kövrələn X. gündəliyinardını oxudu.

Sükut...

Sükut...

Lal sükut! Qaranlıq zülmət gecə o lal sükutaqarışıb tənha otaqda bağrını yarırdı.Birdən hardasa it hürdü. Səs gah uzaqdan, gah da yaxından gəlirdi. O itelə arxayınca hürürdü ki, görünür, zəncirsiz idi.
Sevindi. Axır ki, bir səs, bir hənireşitmişdi. Öz kefinə hürən o it həm də bağır yaran o lal sükutu da boğmuşdu.
Ertəsi gün yenə də həmin təklik-tənhalıq,həm də elə həmin lal sükut. Qaranlıq zülmət bu gecəni də, bağır yaran lalsükutu daha da vahiməli etmişdi. 
Qulağı səsdə idi. İntizarla, səbirsizlikləgözləyirdi. Ancaq...
Yox, deyəsən bu gecə elə bil itləri dəzəncirə vurub ağızlarına da qaytaq keçirmişdilər.

***

Oxuduğum əvvəlcə məni xeyli düşündürdü, sonra darahatlığımı əməlli – başlı əlindən aldı.

Demə,orta əsr inkivizasiyasında günahkarlara əzab və əziyyət vermək üçün xüsusi alətdən istifadə olunurmuş. Cəza verilənadamın ayağına məxsusi tikilmiş ayaqqabı geyindirərdilər ki, bu ayaqqabı da məhkumunayağını sıxıb ona şiddətli əzab ağrılarverərmiş.

Beləayaqqıbıya "İspan çəkməsi” deyilərmiş...

O vaxtadanelə bil gözüm ayaqlarımda qalıb...

Cavan şairin gündəliyindən "Qiyam” adlı yarımçıq (bəlkədə tamamlanmış) bir şeirini də dərc olunmuşdu.

Kol

Bol

Dol

Yol

Sol

Ol

Qol! Qol!! Qol!!!

İndi bu tapmacadan gəl baş aç!

Tutaq ki, tülkü başını kola soxdu, quyruğundan xəbəriyox...

Bəs "Bol” olan nə imiş? Bəlkə cavan şair qafiyə xətrinəbelə yazıb? Bəs o "yol” olan nədir? Hələ bir "sol”?.. Bu "sol” və "ol” biryana, "qol” sözündən qan iyi gəlirdi...

İmzaları yaxşı tanınan , nüfuzlu ,adlı-sanlı qələm adamları da o cavan şairin istedadından, parlaq gələcəyindənağız dolusu, inam dolu qətiyyətlə danışırdılar.

X. fikrə getdi, dərin düşüncələrədaldı, kim bilir, bu cavan şair vaxtsız ölümü, bu qəfil intiharı ilə bəlkə də gələcəyinböyük bir şairini qətlə yetirmişdi. Bəs niyə?.. Niyə bəs?.. Səbəb və səbəblər nəola bilərdi ki?...

X.ın fikri qarışmışdı. Və o qarışanfikri indi yüz yerə baş vururdu.

Cavan şair yeddi mərtəbəli birbinanın ən üst qatından aşağı atılmaqla özünə qəsd etmişdi.

Mərhumun cəsədinin, əyninə geydiyiparça-parça, didik-didik olmuş nimdaşpencəyinin yan qoltuq cibində yenə də ənənəvi- "Mənim ölümümdə heç kimigünahkar bilməyin! Əlvida!” son sözləri və bir də ötən əsrlərin Pyer JandöBerjanje imzalı bir fransız şairinin kitabdan cırılmış vərəqdəki "Saray şairi”adlı bir şeiri ....

Alırlar,satırlar baxın, hər şeyi:

Həmtuluq zurnası, həm ilham neyi.

Bütünyazanların... eh, mən də biri,

Özümüetmişəm saray şairi.

Bəli,deyəcəyim hər bir söz-sənət,

Gülərsən...eh, mənə yazığın gələr.

Bizimçünkiçilib indi məhəbbət,

Böyüklərdostluğu sürgün edirlər.

Adicəsöz olub vətənpərvərlik,

Hamınaqqallaşıb, hamı heyvərə...

Şerieqoizmə həsr eyləyirik,

Dahasənə şeir yaza bilmərəm.

Nələrdüşünürdüm, görürəm nələr,

Səninqəhrəmanın... nə deyim ki, mən?!

Ovəd eyləmişdi min xariqələr-

Tatəngə gəlmişik vədlər əlindən...

Dostununbüstünü sən bəzəyirsən,

Borcluyamşöhrətə hörmət eyləyəm.,

Birali mənsəbə yalmanıram mən,-

Dahasənə şeir yaza bilmirəm.

SevimliMəryəmim, şübhə edirsən

Kı,dostun dəyişib bu qədər... belə...

Nədeyim... Azadlıq, xoşbəxtlik, Vətən-

Ümidsiz,mənasız sözlərdir hələ...

Sənəhəsr etdiyim şeirlər- şirin,

Həcvətəzə-təzə bəzək verirəm;

Yox,ürək son dəfə istəyir desin-

Dahasənə şeir yaza bilmərəm.

Şeiri dəfələrlə, dönə-dönə oxuyan X dağı arana,aranı dağa daşıya-daşıya özlüyündə ölçüb-biçməyə, vərə-vurd etməyə başladı və qəflətənağlına gəldi ki, hələ o qədər məşhur olmayan cavan şair öz intiharı ilə gələcəyinböyük bir Şairinin qatili yox, bəlkə də xilaskarı olub...

Cavan şairin hündürmərtəbəli binanın ən son qatınaqalxıb ordan özünü yerə tullaması sübut edirdi ki, cavan şair intiharında qətiyyətli,israrlı imiş. Yerə dəyib çırpılan anda bir anlığa da olsa, keçirəcəyi,yaşayacağı dözülməz əzab-əziyyət, görünür cavan şairi qorxudub çəkindirməmişdi.Bəlkə də intihar etmək fikrinə düşən cavan şair qəbul etdiyi bu ağır hökmü icraetmək üçün başqa vasitələr də axtarıb tapa bilərdi.

X.özlüyündə ölçüb-biçir, cavan şairin niyə məhz7-ci mərtəbəyə qalxıb oradan özünü yerə atmağının səbəbini axtarıb tapmağaçalışırdı.

Bəlkə də cavan şairin ikinci mərtəbədən atılsaydı,şil-küt olub, xəsarət alsa da sağ da qala bilərdi.

İkinci mərtəbədən yerə düşənəcən zaman, vaxt iki-üçdəqiqə çəkə­cəkdi. Bəlkə cavan şair 7-ci mərtəbədən atılmaqla ömrünü ani dəolsa uzatmaq istəyib?..

Yox, bu da ağıla batan deyildi. Həyatına qıyıb özünəqəsd etməyə cürəti çatan adam üçün iki-üç dəqiqə çox yaşamaqla ömrü uzatmağın nədəyəri, nə qiyməti, nə mənası, nə əhəmiyyəti?..

...Hə, bəlkə də cavan şair heç vaxt 7-ci mərtəbəyəqalxa bilməyəcəyinin mümkün olmayacağını və ya işdir-şayət o mərtəbəyə bir günqalxarsa da, əvvəl-axır sonluğun məhz ÖLÜMlə bitəcəyini nümayiş etdirmək istəyib?..Bilin və agah olun ki, 7-ci mərtəbəyə qalxmağın əvvəl-axır belə bir faciəliaqibəti, sonluğu da var...

Bəlkə də o cavan şairi 7-ci mərtəbəyə qalxıb oradanatılmağa elə məcbur etmişdilər. Bəs kim və ya kimlər?..

Nə bilmək olar, çox güman ki, mərhumun bir gün 7-cimərtəbəyə qalxa biləcəyindən ehtiyat edənlər...

X. qəflətən,birdən-birə, anidən... cavan şairin hündürmərtəbəli binanın niyə məhz ən üstqatından atılmaqla intihar etməsinin səbəbini özü üçün elə bil ki, tapdı.

Yəqin ki, istedadlı o cavan şair əvvəl-axır heçvaxt belə hündür mərtəbəyə qalxa bilməyəcəyini dönə-dönə düşünmüş, axırını biryana çıxara bilməmiş, elə o məqamda da dünya, hətta ən əzizləri, doğmalaraı,yaxınları onun ölümünə yanıb yaxılanlarbelə gözündən düşmüş və gözünü qırpmadan heç liftə də minmədən iti yerişləyuxarı qalxmışdı.

Axı, arzusunda olduğun o hündür mərtəbəyə qalxmaq vəqalxıb da qərarlaşmaq qisməti heç vaxt nəsibin olmayacağını biləndən sonrataleyinlə ya barışmalısan, ya da beləcə intihar qərarını qəbul etməlisən...

28.04.2017