İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlərlə 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

"Vüsal 300" həbs edildi

Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - VİDEO

Polis 15,2 kq narkotik aşkarlayıb

Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi

Toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

“Vüsal 300” barəsində cinayət işi başlanıldı - Ofisi möhürləndi
