adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Dekabr 2017 10:00
10155
HADİSƏ

İsmayıllıda ağır qəza: polis zabiti yaralandı

İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Adalet.az report-a istinadənxəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometrliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan "Niva" markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır.