İsmayıllı və Qəbələdə yanğın: Bir nəfər ölüb, biri xəsarət alıb
İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qəbələ rayonunun Nic qəsəbəsində isə ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər Xəbərlər
05 Oktyabr 2026 00:03
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 İL ÖTÜR
04 Oktyabr 2026 18:55
Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oktyabr 2026 18:51
Qəzada yaralanan 13 yaşlı məktəbli - Vəfat etdi
04 Oktyabr 2026 17:15
Sabiq prorektor dünyasını dəyişdi
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
04 Oktyabr 2026 09:25
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26


Bakı -°C

