İslamiada: Azərbaycan 43 medalla 4-cü pilləyə yüksəlib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.
Adalet.az xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.(report)
Digər Xəbərlər
06 Noyabr 2025 15:00
Qurban Qurbanov bu göstəricidə təkdir
06 Noyabr 2025 14:49
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
06 Noyabr 2025 13:39
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
06 Noyabr 2025 13:17
“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol
06 Noyabr 2025 12:05
"Neftçi" klubu 2500 manat cərimələndi
06 Noyabr 2025 10:01
Çempionlar Liqası: "Qalatasaray" qələbə qazandı, "Barsa" xal itirdi - VİDEO
06 Noyabr 2025 09:30
“Azərbaycan futbol tarixində ən ləzzətli oyunlardan biri idi” - VİDEO
05 Noyabr 2025 23:50


Bakı -°C

