İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rusiyalı milyarder, kriptovalyuta investoru, 38 yaşlı Roman Novak və onun 37 yaşlı həyat yoldaşı Anna Novakın vəhşicəsinə qətlə yetirildiyi məlum olub.
Adalet.az xəbər verir ki, 2025-ci ilin oktyabrında yoxa çıxan cütlüyün BƏƏ-nin Hatt bölgəsində saxta investorlarla görüş bəhanəsi ilə tələyə salınaraq qaçırıldığı müəyyən edilib.
Rusiya istintaq orqanlarının məlumatına görə, cinayətkarlar cütlüyü villaya apararaq əsir saxlayıblar. Onlar Roman Novakın təxminən 380 milyon funt-sterlinq dəyərində olduğu ehtimal edilən kriptovalyuta cüzdanlarının şifrələrini ələ keçirmək üçün ona elektroşok cihazı ilə işgəncə veriblər. Lakin hesablar açıldıqda cüzdanların, demək olar ki, boş olduğu ortaya çıxıb.
Bundan sonra hücumçular cütlüyün 180 min funt-sterlinq dəyərində şəxsi əşyalarını götürərək Roman və Anna Novakı döyərək öldürüblər. Cinayətin izini itirmək məqsədilə meyitlər parçalanaraq səhrada basdırılıb.
Rusiyada aparılan istintaq çərçivəsində qətlin icrasında iştirak edən üç şəxs müəyyənləşdirilib və onlardan ikisinin Ukraynadakı müharibədə iştirak etmiş keçmiş hərbçilər olduğu bildirilir. Qətli planlaşdırmaqda və icra etməkdə ittiham olunan keçmiş hərbçi, 47 yaşlı Yuri Şaripovun günahını etiraf edərək istintaqla əməkdaşlıq etdiyi və barəsindəki işin prokurorluq tərəfindən təsdiqləndiyi açıqlanıb. Digər keçmiş hərbçi, 45 yaşlı Vladimir Dalekin də cinayəti etiraf etsə də, məhkəmə prosesi başlamazdan əvvəl istintaq təcridxanasında ölüb. Keçmiş polis əməkdaşı olan üçüncü şübhəli Konstantin Şaxtla bağlı isə istintaq tədbirləri hələ də davam etdirilir.
İstintaq materiallarına əsasən, icraçılara bu qətli törətmək üçün təxminən 90 min funt-sterlinq ödənilib, lakin cinayətin əsl sifarişçiləri hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Rusiya mediasının məlumatına görə, Roman Novak qətlə yetirildiyi dövrdə milyonlarla funt-sterlinqlik kriptovalyuta dələduzluğu ilə bağlı istintaq altında olub və əvvəllər də mənimsəmə ittihamı ilə məhkumluq həyatı yaşayıb.
Mərhum cütlüyün iki azyaşlı övladının Anna Novakın ailəsinin himayəsinə verildiyi bildirilir.
Digər Xəbərlər
14 Noyabr 2026 10:01
Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
14 Noyabr 2026 09:33
Si Cinpin və Putinlə üçtərəfli görüş keçirəcək
14 Noyabr 2026 01:07
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – YENİLƏNİB
14 Noyabr 2026 00:10
Əhalini soyuq havada qazdan qənaətlə istifadəyə çağırdı
14 Noyabr 2026 00:00
Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
13 Noyabr 2026 23:51
ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
13 Noyabr 2026 23:32
Sərxoş kişi polisin silahını götürüb qaçdı
13 Noyabr 2026 23:21


Bakı -°C

