adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 23:32
84
DÜNYA
A- A+

Sərxoş kişi polisin silahını götürüb qaçdı

Rusiyanın Surqut şəhərində 24 yaşlı kişi polis əməkdaşına hücum edərək onun xidməti tapançasını ələ keçirib.

Adalet.az xəbər verir ki, hadisə noyabrın 13-də baş verib.

Məlumata görə, sərxoş vəziyyətdə olan şəxs qonşusundan şikayət etmək məqsədilə polis məntəqəsinə gəlib. Lakin gözlənilmədən bıçaq çıxararaq sahə müvəkkilinə hücum edib. Əlbəyaxa mübarizə zamanı o, polis əməkdaşının xidməti tapançasını ələ keçirərək qaçıb. Daha sonra isə özünü öldürüb.

Hadisə nəticəsində polis əməkdaşı sıyrıqlar alıb. Onun ciddi xəsarət almadığı bildirilir.

Qeyd edək ki, hücum edən şəxsin əvvəllər yerli klublardan birində qapıçı kimi çıxış etmiş keçmiş xokkeyçi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.