İranla Rusiya gizli saziş imzalayıb
İran Rusiya ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı gizli müqavilə imzalayıb.
Adalet.az xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti Rusiya sənədlərinə və müqavilənin şərtləri ilə tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, müqavilənin dəyəri 500 milyon dollardır. Müqavilə Rusiyanın dövlətə məxsus silah ixracatçısı "Rosoboronexport", Rusiya Müdafiə Nazirliyinin nümayəndələri və İran Silahlı Qüvvələrinin Maddi Dəstək Agentliyi (MODAFL) arasında bağlanıb.
Dekabr ayında Moskvada imzalanan müqavilə Rusiyanı üç il ərzində 500 ədəd "Verba" daşına bilən hava hücumundan müdafiə sistemi və 2500 ədəd 9M336 raketi tədarük etmək öhdəliyinə götürür.
Tədarüklər üç mərhələdə, 2027-ci ildən 2029-cu ilə qədər planlaşdırılır.
Digər Xəbərlər
23 Fevral 2026 00:10
“Baykar” Afrikada PUA istehsalına başlayır - Sərmayə dəyəri açıqlandı
23 Fevral 2026 00:00
Şarm əl-Şeyxə səyahət edənlərin nəzərinə! - Viza qiymətləri artır
22 Fevral 2026 23:52
"İstənilən ssenariyə hazırıq" - Pezeşkian
22 Fevral 2026 23:00


Bakı -°C

