Macarıstan Avropa İttifaqının sanksiyalarını bloklaya bilər
Macarıstan Hökuməti enerji məsələləri ilə bağlı yeni açıqlama yayıb.
Adalet.az xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Rusiyaya qarşı Avropa İttifaqının növbəti sanksiyalar paketini bloklaya bilər. Bunun səbəbi Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Macarıstana neft nəqlinin dayandırılmasıdır.
Nazirin sözlərinə görə, Ukrayna Macarıstana neft tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyevin maraqları üçün vacib qərarların qəbulunu dəstəkləməyəcək. Bu mövqe ölkənin Enerji Təhlükəsizliyi Şurasının iclasından sonra açıqlanıb. Məlumata görə, Rusiya neftinin Macarıstana və Slovakiyaya tədarükü yanvarın sonunda dayandırılıb və bu, regionda enerji təhlükəsizliyi ilə bağlı gərginliyi artırıb.
Macarıstan Hökuməti hesab edir ki, tranzitin bərpası ölkənin enerji təminatı üçün vacibdir. Məsələ Avropa İttifaqında da müzakirə olunur və yaxın günlərdə diplomatik danışıqların davam edəcəyi gözlənilir.
Digər Xəbərlər
22 Fevral 2026 19:40
ABŞ-nin İrana qarşı ehtimal olunan hücum TARİXLƏRİ AÇIQLANDI
22 Fevral 2026 19:36
Zelenski ilə Putinin görüşü GÖZLƏNİLİR
22 Fevral 2026 16:03
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml
22 Fevral 2026 14:22


Bakı -°C

