İranla diplomatik əlaqələri kəsdilər
Peru Yaxın Şərqdə artan gərginlik və İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi fonunda İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Adalet.az xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qərarın ölkənin sülhə tarixi sadiqliyi, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərinə əsaslandığını açıqlayıb.
XİN İranda “demokratik dəyərlərin pisləşməsini” narahatlıqla izlədiyini bildirib. Peru bu çərçivədə dinc nümayişlərin repressiyaya məruz qalmasını, mətbuat azadlığının məhdudlaşdırılmasını, qadın və qızlara qarşı ayrı-seçkiliyi, həmçinin siyasi rəqiblərin təqibini qeyd edib.
Diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Peru hər iki ölkənin maraqlarını və vətəndaşlarını qorumaq məqsədilə müvafiq Vyana konvensiyalarına uyğun olaraq konsulluq münasibətlərinin davam etdiriləcəyini bildirib.
Qərar İrana diplomatik nota vasitəsilə çatdırılıb.
Digər Xəbərlər
02 Sentyabr 2026 08:37
"Azərbaycanın daxili işlərinə qarışmalı idik?" - Putindən Paşinyana sual
02 Sentyabr 2026 08:35
Rusiya və Almaniya müharibə vəziyyətindədir - Zumann
02 Sentyabr 2026 06:32
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb -YENİLƏNİB
01 Sentyabr 2026 19:43


Bakı -°C

