İranın yeni XİN rəhbəri Araqçi ola bilər
İran xarici işlər nazirinin sabiq müavini Abbas Araqçi böyük ehtimalla ölkənin yeni XİN rəhbəri təyin ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Tasnim" agentliyi yayıb.
Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün İran parlamentinə təqdim ediləcəyi gözlənilir.
Mənbələr qeyd edib ki, Araqçi hazırda Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri rolunu icra edir.
Xatırladaq ki, İranın keçmiş XİN rəhbəri Hüseyn Əmir Abdullahian mayın 19-da baş verən helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərinin icrası Əli Bağeri Kaniyə həvalə edilib.
Digər Xəbərlər
05 Aprel 2026 10:00
Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
05 Aprel 2026 09:23
İran səmasında daha bir pilotsuz təyyarə vurulub - SEPAH
04 Aprel 2026 19:50
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
04 Aprel 2026 19:35


Bakı -°C

