adalet.az header logo
  • Bakı 29°C
04 Iyul 2022 15:56
281
SİYASƏT

İranın XİN rəhbəri: “Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik”

“Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.

“Report” “Mehr”ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.

“Ötən ilin yazında anlaşılmazlıq mərhələsindən keçdik və hazırda iki ölkənin maraqlarına cavab verən hərtərəfli münasibətlərin inkişafı mərhələsindəyik”, - İranın XİN rəhbəri deyib. 

Abdullahian söyləyib ki, ölkəsi Azərbaycan və Ermənistan mövcud olan məsələlərin tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməsinə tərəfdardır.

Regional formatların zəruriliyini vurğulayan Hüseyn Əmir-Abdullahian Anakara səfəri çərçivəsində Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.

İqtisadi əməkdaşlıq məsələlərinə gəlincə, o, tərəflər arasında əldə edilmiş bir sıra razılaşmaların İranın energetika nazirinin Azərbaycana səfəri çərçivəsində tam işlənəcəyini vurğulayıb. 

İranlı nazir tərəflərin Araz çayını və ondan istifadə üzrə mövcud layihələrin həyata keçirilməsini müzakirə etdiklərini deyib:

“Son aylar ərzində ölkələr arasında ticarət həcmlərindəki sıçrayış bizi sevindirir və ümid edirik ki, bugünkü danışıqlar nəticəsində özəl və dövlət sektorun iqtisadi-ticari münasibətləri daha da genişlənəcək”.