20 Iyun 2025 17:32
133
DÜNYA

"Problemi həll etmək üçün danışıqlar mütləqdir" - Ərdoğan

"İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır".

Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefon danışığında bildirib.

O, həmçinin qeyd edib ki, İsrailin hücumları nəticəsində yaranan zorakılıq spiralının nəticələri regiona və Avropaya miqrasiya və nüvə hücumu baxımından zərər verə bilər.