Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Azərbaycanda "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də dəyişiklik olacaq.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Digər Xəbərlər
31 Mart 2026 15:13
"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31 Mart 2026 15:04
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
31 Mart 2026 14:13
Tətil olacaq - BU QƏDƏR MÜDDƏT EVDƏYİK
31 Mart 2026 12:53


Bakı -°C

