adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Yanvar 2019 10:36
12704
DÜNYA

İranda yük təyyarəsi qəzaya uğrayıb

İranda "Boeing-707” yük təyyarəsi qəzaya uğrayıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərindən havaya qalxan təyyarə Tehran yaxınlığında yerə çırpılıb. Təyyarədə 10 nəfərin olduğu bildirilir.

Məlumata görə, təyyarə Kərəç hava limanına enməyə hazırlaşarkən qəza baş verib. Hadisə yerinə polis və xilasetmə qüvvələri cəlb olunub.