"İran Prezidenti mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq" - Azərbaycan lideri

"Bəli, haqlısınız. İran Prezidenti Azərbaycana səfər edib, əslində, iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq".
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır", - dövlət başçısı bildirib.
Digər Xəbərlər

Prezident Tiencində “ŞƏT+” görüşündə çıxış edib - FOTOLAR - YENİLƏNİB

Prezident: Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Ərdoğan: Cənubi Qafqazda qalıcı sülhün təmini üçün atılan addımlar məmnunluq doğurur

İlham Əliyev: Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in bütün qərarları etibarsız elan edildi
