Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.
"Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq" – deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər

Prezident Tiencində “ŞƏT+” görüşündə çıxış edib - FOTOLAR - YENİLƏNİB

Prezident: Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Ərdoğan: Cənubi Qafqazda qalıcı sülhün təmini üçün atılan addımlar məmnunluq doğurur

İlham Əliyev: Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in bütün qərarları etibarsız elan edildi

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verildi
