adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Mart 2018 14:32
30713
MARAQLI

İran filmləri qadağalara və tabulara qarşı

İran filmi 1930-cuillərdən bəri senzuranın, təzyiqlərin və hətta sürgünlərin pəncəsində varolmağa çalışır və bunu yaxşı da bacarır. İran filmlərinin hədəfi birbaşainsanlar və onların həyatını ön plana çəkməkdir.

İran filminin tarixibütün dünyada olduğu kimi, yəni 1904-cü ildə Tehrandakı ilk film salonununaçılışına qədər gedib çıxır. Həmin zamanlarda İran xalqı film sənətinin ilk əsərlərinəböyük maraq göstərirdi. Amma İranın öz milli filmini ortaya çıxarmağına yarım əsrvar idi.

1925-ci ildəilk film məktəbinin açılışı ilə İran filmi sürətlə inkişaf etməyə başladı. Ogündən bugünə kimi film İran üçün millətlərarası arenada bir təmsilçiyəçevrilib. Nəhayət, İran filmi cəzbedici, xaotik, duyğusal və təsirli bir filmhalına gəlib çıxdı. İtaliyalı yeni realist axınından təsirlənən İranlı filmçəkənlər bir-birilərinin arxasınca dünya film tarixinə əla filmlər mirasqoymağa başladılar.

Qara ev – Füruğ Fərruxzad  (1963)


Cüzam xəstəsi olduqları üçün cəmiyyət tərəfindən tərkedilmiş bir qism insanın həyat hekayəsindən bəhs edən qısametrajlı sənədli filmolan "Qara ev”, çevrilişdən sonra İran filminə yeni bir dalğa gətirdi. 1961-ciildə qurulan ilk cüzam kaloniyası Behkadeh Raji-də əzab-əziyyətli birvəziyyətdə xoşbəxtliyin kiçik şeylərdə olmağından bəhs edir. İki qız  bir-birilərinin saçlarını darayır, başqa biradam küçənin ortasında ayaqyalın rəqs edir, uşaqlar əllərindəki dəyənəklərləoyunlar oynayır. Yəni bu cüzam xəstəsi olan adamlar nə qədər də cəmiyyəttərəfindən tərk edilsələr də, onların da yaşamalı olduqları bir həyatları var.

Filmi İncildən, Qurandan və öz yazdığı yazılardanseçdiyi hissələri səsləndirib filmə məna yükü verən Fərruxzad çəkib. Fərruxzadhəm də şairdir. Hətta  əksər adamalr üçünFərruxzad İranın bu günə kimi yaşayan ən böyük və ən yaxşı qadın şairidir.Çünki o bütün qadağalara və tabulara qarşı çıxıb mövzusu  arzular, sevgi və qadın baxışı olan şeirləryazıb. İran ədəbiyyatında kişi şairlərin dominantlığına baxmayaraq bu cür gözəlqadın şair olmaq asan iş deyil. Təəssüf ki, hələ 32 yaşında ikən maşınqəzasında dünyasını dəyişən Fərruxzadın İran film tarixində cəmi bircə filmiqaldı, o da "Qara ev”.

Kərpic və ayna – İbrahim Gülüstan (1965)


İbrahim Gülüstanın ilk işi olan bu film bir taksisürücüsünün arxa oturacağındakı körpənin fərqinə varması ilə başlayır. Filminqalan hissəsi taksi sürücüsünün və sevgilisinin bu körpənin anasını axtarmağıilə davam edir. Qaranlıq və təsirli bir əsər olan bu film İran filminin bugünəkimi ən çox toxunduğu mövzulardan birinə toxunur. Əxlaqi dilemmalar və sosialqayğılar. Həyatımızın  hər vaxtındarastlaşa biləcəyimiz bu vəziyyət İran filminin mövzusuna çevrilən daha  real və təsirli nümunələrlə gözümüzün qarşısındancanlanır. Körpəni anasına qovuşdurmağa çalışan sürücü və sevgilisi həm dəbir-birilərini kəşf etməyə başlayırlar.

Fellini və Antononi filmləri ilə müqayisə olunan bufilm İtaliyanın yeni realist atmosferinə nisbətən daha radikal olmağı iləfərqlənir. Bu filmə baxanda adam elə bilir ki, filmdəki obrazlarla əvvəllərharadasa rastlaşıb. Gülüstanın özünəməxsusluğu, duyğusal dürüstlüyü bu filmidaha da qüvvətli edir.Cinsiyyət və cəmiyyət qavrayışlarına daha azad çərçivədənbaxışı, özündən sonrakı İran filmlərinə ilham mənbəyi olan Gülüstanın bu filmitarixin ən vacib İran filmlərin biri olaraq göstərilir.

Cənnətin rəngi – Məcid Məcidi (1999)

Məcid Məcidinin bu uzunmetrajlı filmində səkkiz yaşlıkor uşaqla tanışlığım mənə çox təsir elədi. Atası Haşim, iki bacısı və nənəsiilə balaca bir kənddə yaşayan Məhəmmədin atası ilə münasibətlərinə köklənən bufilmdə Haşimin arvadının ölümündən sonra yenidən evlənmək arzusu da onlarınata-bala münasibətinə çox böyük təsir göstərir. Haşim yeni arvadının oğluMəhəmmədin kor olmasını yaxşı qəbul etməyəcəyindən qorxub oğlunun kor olduğunuarvadından gizlədir. Atası hər şeyi fikirləşərək oğlunu kör bir dülgərin yanınagöndərir ki, oğluna dülgərliyi öyrətsin.

1998-ci ildə xarici dildə ən yaxşı filmkateqoriyasında Oskara namizdə göstərilən bundan əvvəlki filmi olan "Cənnətinuşaqları” adlı filmi ilə müqayisə "Cənnətin rəngi” adlı bu filmi ata-oğulmünasibətləri ilə beynimizi daha çox yoran film kimi görünür. Bu filmi Fellinin"La Strada” filmi ilə müqayisə edirlər. Bu filmdə rol alan bütün aktyorlar özobrazlarını çox gözəl bir şəkildə oynayıb tamaşaçıları valeh edirlər. Baxmağınızməsləhətdir.

 

Tısbağalar da uçar – Bəhmən Qodabi (2004)


Bəhmən Qodabiçəkdiyi bu filmə belə rəy verir:

"Filmimi diktator və faşistlərin siyasətlərinə qurbanedilən dünyanın bütün məsum uşaqlarına ithaf edirəm”.  2000-ci ildə çəkdiyi "Sərxoş atlar zamanı”filmi Kaan film festivalında "Qızıl kamera” mükafatına layiq görülən Bəhməninbu filmi də əvvəlkilər kimi müharibənin ortasında əziyyət çəkən uşaqları önplana çəkir. Film İraq müharibəsindən sonra çəkilən ilk İraq filmidir vəAmerikan işğal qüvvətlərinin də dəstəyini aldığı deyilir.

"Qurbağa” bu filmdə Kürd diasporunu ifadə edir.Müharibəyə meyilli ölkələrə qarşı içimizdə olan antipatiyaya meydan oxuyan bufilm kürdlərin Türkiyə və İraq arasında qalmış, müharibənin içinə atılmış, köçvə soyqırım təhlükəsilə üz-üzə qalıb yaşamaq uğrundan mübarizəsindən bəhs edir.

Peyk ləqəbli bir uşağın liderlik etdiyi bir qrupuşağın müharibə zonasındakı minaları təmizləyib Birləşmiş Millətlər birliyinəsatması bizim öz isti evimizdə oturub rahat-rahat baxdığımız bu filmincansıxıcı da olsa əsas mövzusudur. Bu uşaqların hərəsi yara almış və yaşamağaçalışan minlərlə adını bilmədiyimiz uşaqları təmsil edir. Onların cəzasıistəmədikləri və başa düşmədikləri bir müharibəin ortasında doğulmaqdan başqabir şey deyil. "Tısbağalar da uçar” adlı bu film müharibə və uşaqlar mövzusundaçəkilmiş ən təsirli filmlərdən biridir.

Bir nəfəsə dayanmadan, ard-arda baxdığım bu filmlərhaqqında geniş təhlil yazmaq istəmədim. Çünki bunu filmşünasların işidir. Amma ənazından bu yazı ilə sizə çatdırmaq istədim ki, İran filmi ilə daha yaxındanmaraqlanmağınız yaxşı olardı. Bu filmlərə baxmamış ölmək günah olar.