İran dronunda 12-dən çox Qərb şirkətinin texnologiyaları tapıldı
Ukraynada vurulan İran pilotsuz uçuş aparatlarından birində ondan çox Amerika və Qərb şirkətlərinin texnologiyası tapılıb.
Ötən ay Ağ Ev ABŞ və Qərb texnologiyalarının İran dronlarında necə peyda olmasını araşdırmaq üçün administrasiya daxilində işçi qrupu yaradıb.
ABŞ rəsmiləri İrana qarşı sanksiyaların icrasını gücləndirməyi və şirkətləri öz təchizat zəncirlərinə daha yaxşı nəzarət etməyə təşviq etməyi düşünürlər.
Hələlik şirkətlərin sanksiya qanunlarını qəsdən pozması və dronlarda istifadə üçün texnologiyanı bilərəkdən ixrac etməsi ilə bağlı heç bir sübut yoxdur. Şirkətlər monitorinqi artırmağa söz versələr də, istehsalçılar üçün buna nəzarət etmək kifayət qədər çətindir.
Ukrayna kəşfiyyatının hesablamalarına görə, “Shahed-136” PUA-sının ələ keçirilən 52 komponentdən 40-ı ABŞ-ın 13 müxtəlif şirkəti tərəfindən hazırlanıb. Digər komponentlər Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çin şirkətləri tərəfindən istehsal olunub.
Çox güman ki, İran şirkətləri sanksiyalardan uğurla yayınır və vacib komponentlərin, eləcə də elektronikanın tədarükünü həyata keçirirlər.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10


Bakı -°C

