İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.
Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.
Nicat
Digər Xəbərlər
15 Noyabr 2025 09:31
“Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər” – Politoloq
14 Noyabr 2025 17:57
Sahil Babayev 550 milyon manatı banka qoydu
14 Noyabr 2025 16:37
Zeytun yağının qiyməti ceyran belinə çıxıb
14 Noyabr 2025 11:38
“Bu, regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib...”
14 Noyabr 2025 11:32
“Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 252 milyon dollara çatıb”
14 Noyabr 2025 11:22
Paşinyan “Tramp marşrutu”nun idarəçiliyindən danışdı
13 Noyabr 2025 09:53
Kirayə vergisi 5 faizə endirilsin - Təklif
12 Noyabr 2025 17:36


Bakı -°C

