adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyul 2014 10:10
32831
TEXNOLOGİYA

İPhone 6 gəlmədi

Apple pərəstişkarlarına pis xəbər. ABŞ mətbuatının verdiyi xəbərə görə, yeni və böyük ekranlı iPhone 6-nın təqdimatı 2015-ci ilə qədər qala bilər. Telefonun istehsal problemləri səbəbi ilə bazara çıxış vaxtının uzanacağı söylənilib.

Mütəxəssislərin dediyinə görə, təqdimatın gecikməsinə səbəb həssas ekranın yeni ölçülərə görə nizamlanmasında xırda problemlərin olmasıdır. Bundan əlavə ekranda rəng və metal tarazlığının uyğunlaşmaması da həmin səbəblər sırasındadır.