“iPhone 15”də hansı yeniliklər olacaq? - Detallar mətbuata sızdı

Sentyabrda təqdim olunacaq “iPhone 15” və “15 Pro”nun detalları bəlli olub. Məlumata görə, “Apple” smartfonlarında yeni, proqramlaşdırıla bilən düymə olacaq. Ekran çərçivəsi, demək olar ki, bir millimetr nazikləşəcək, “Lightning” konnektoru tarixdə ilk dəfə olaraq “USB-C” portunu əvəz edəcək.
Bu barədə “Bloomberg” xəbər yayıb.
Yeni “iPhone”ların daha böyük ekranı, təkmilləşdirilmiş kamerası və prosessoru olacaq. İlk dəfə standart “iPhone 15” modelində “Dynamic Island” - əlavə funksionallığı olan ön kamera üçün kəsik olacaq.
Bundan başqa, “Pro” və “Pro Max” displeyləri LIPO texnologiyası ilə hazırlanacaq ki, bu da ekranın çərçivəsini 0,7 mm kiçildəcək və onun eni cəmi 1,5 mm olacaq.
Qeyd edək ki, “iPhone Pro”nun dizaynı da yenilənəcək: korpusun çərçivəsi titandan, arxa paneli isə tutqun şüşədən hazırlanacaq. Əlavə olaraq, telefonun daxili strukturu da dəyişəcək ki, bu da onun təmirini asanlaşdıracaq.
Digər Xəbərlər

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi
