adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Sentyabr 2019 14:12
11143
GÜNDƏM

INSTAGRAMDA ÇOXDAN GÖZLƏNİLƏN - DƏYİŞİKLİK

Dünyanın ən məşhur sosial media platforması olan "Instagram"-da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.

Adalet.az xəbər verir ki,  xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik "Facebook"un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb. Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər. 

Bəs "Instagram" üzərindən paylaşımları necə planlaşdırmaq olar? 

Bunun üçün "Facebook"da qeydiyyatda olmaq lazımdır. Ardınca "Instagram" səhifənizi açıb "Paylaşım yarat" seçimini etmək tələb olunur. Burada qarşınıza "Zamanla" seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz.