“Instagram” mesajlara məhdudiyyət qoydu

“Instagram” istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb.
Bu barədə “TechCrunch” məlumat verib.
İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq.
Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz.
“Instagram”dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər.
“Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər”, - deyə “Meta”nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.
Digər Xəbərlər

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi
