adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Aprel 2018 14:45
22861
MARAQLI

İnsanlığa dərs keçən vampir quşlar

İnsanların qorxunc hesab etdiyi, bəzən ikrahla yanaşdığı yarasalar əslindəöz məsuliyyətlərinə, möhkəm ailə tellərinə görə insanlığa dərs keçə bilərlər. ABŞvə Almaniya alimlərinin araşdırmalarına görə, xüsusən də yarasaların dişiləriöz yaxınlarına insan kimi can yandırırlar.

Məsələn, onlar tapdıqları bütün qidaları yaşlı anaları, təzəbalalamış bacıları və ya digər ailə üzvləri ilə bölüşürlər. Bir-birinəqayğı göstərirlər. Yad olan quşlarla isə münasibət qurmaqdan imtina edirlər.

Vampir quşlaradlandırılan yarasalarınerkəkləri də qida tapmaqda bir-birinə köməklik göstərirlər. Əgər digər ailə başçısı daha azov edibsə, o zaman qohumluq və qonşuluq əlaqəsi olanlar yığışıb ona köməkolacaqlar.

Qeyd edək ki, alimlər bütünbunları öyrənmək üçün 4 il yarasaları müşahidə ediblər. Hətta yarasaların yeməklərinioğurlayıblar ki, onların reaksiyasını öyrənsinlər. Bir-birinə sıx bağlı olandişilər dərhal qida azlığının fərqində olub və ana yarasa gələnə qədər onunbalalarını yemləyiblər.

Şəfiqə ŞƏFA