İnsanlarımıza etibar ünvanı olasınız! - Elxan Şükürlü yazır
Azərbaycan olduqca çətin, mürəkkəb coğrafiyada yerləşir. Ölkəmiz Qərblə Şərqin, Şimalla Cənubun - fərqli mədəniyyətlərin, qüdrətli sivilizasiyaların həm toqquşma, həm də uzlaşma imkanlarına sahib unikal bir məkan, qovşaqdır.
“Körpü, qovşaq ölkə” statusu bizə təkcə üstünlüklər yox, həm də çoxsaylı risk və təhlükələr yaradır: hər kəs bu “körpü, qovşaq ölkə”nin öz nəzarətində olmasına çalışır, bunun üçünsə təkcə çöldən yox, daha çox da içdən davamlı və sistemli təxribat və pozuculuq işi aparır...
Bu baxımdan, Azərbaycanın müstəqil dövlət ola və müstəqil siyasət yürüdə bilməsinin birinci və ən vacib şərti ölkənin təhlükəsizliyini, daxili sabitliyi və ictimai asayişi təmin etmək, xalqımızı həm içdən, həm də çöldən gözləyən bütün risk və təhlükələrdən zamanında sığortalamaq, qorumaqdır!
Təhlükəsizliyi təmin edilməyən, daxili sabitliyi və əmin-amanlığı olmayan ölkə ciddi uğura imza ata, hər hansı müstəqil siyasətdən danışa və rifah dövlətinə çevrilə bilməz!
Bu gün Azərbaycanımızın təhlükəsizliyinin təmin edilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanmasında müstəsna rolu olan, ən çox çalışan, ancaq həm də ən çox tənqid hədəfinə tuş gələn bir peşə təmsilçilərinin – Azərbaycan Polisinin bayramıdır!
Bu, vicdanı olan hər kəsin dilə gətirdiyi həqiqətdir: biz 2020-ci ilin Vətən Savaşında və 2023-cü ilin antiterror əməliyyatlarında həm də ona görə uğur qazana bildik ki, Azərbaycan Polisi üzərinə düşən ən mühüm vəzifəni ləyaqətlə və peşəkarlıqla yerinə yetirməyi bacardı!
Əgər düşmən və onun himayədarları illər boyu ölkəmizin içərisində yetişdirib, kritik anlar üçün hazırladığı qüvvələri Ordumuzun şücaətlə ön xətdə irəlilədəyi günlərdə arxada hərəkətə keçirməyi və içimizə nifaq, təfriqə salmağı bacarsaydı, hər şeyi bircə anda itirə bilərdik!
Ən azı, 1990-95-ci illər aralığında yaşanan olayları xatırlayaq: məgər bütün uğursuluqlarımızın və faciələrimizin, yaşadığımız çətinliklərin təməlində elə daha çox daxili sabitliyin təmin edilməməsi, nizamsızlıq və xaos durmurdumu?!
Şükür ki, o xaos, hərc-mərclik, başıpozuqluq dönəmi bitdi, ayrı-ayrı silahlı qrupların, cinayətkar dəstələrin və şəxslərin dövlətə öz şərtlərini diktə etmək, dövlətdən güclü görünmək və kefi istədiyi kimi davranmaq ənənələrinə son qoyuldu!
Uzun illər ən böyük arzumuz, Allaha duamız Azərbaycan Polisinin Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Ağdamda, Ağdərədə, Xocavənddə... keşik çəkdiyi günləri görmək idi, onu da gördük!
Bundan sonrakı əsas işimizsə divarlarını - sərhədlərini yenicə bərpa edə bildiyimiz Evimizin – Dövlətimizin içini Cənnətə çevirmək, onu yalnız ƏDALƏTİN və QANUNUN hakim olduğu, milli-mənəvi dəyərlərimizin sayıqlıqla qorunduğu rifah dövlətinə çevirməkdir!
Şübhəsiz ki, bu işdə də ən böyük yük, ağırlıq yenə Azərbaycan Polsinin üzərinə düşür!
Öz vəzifələrini yerinə yetirərkənsə, Azərbaycan Polisi bizdən öncəki fatehlərin və müdriklərin iki deyimini heç vaxt unutmamalıdır: birincisi, “Məmləkətlər qılıncla fəth edilər, ancaq yalnız ədalətlə idarə olunar”; ikincisi, “Ədalətsiz güc zalım, gücsüz ədalətsə aciz olar!”
Ölkəmizi, xalqımızı, dəyərlərimizi təhlükələrdən qoruyan ən böyük ƏDALƏTLİ GÜC olmanız arzusuyla, bayramınız mübarək, Azərbaycan Polisi!
Həmişə düşmənlərimizə, zalıma və azğına keçilməz sədd, məzluma güvənc və ümid yeri, insanlarımıza etibar ünvanı olasınız!
Digər Xəbərlər
02 Iyul 2026 11:26
FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO
02 Iyul 2026 11:09
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02 Iyul 2026 09:42
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
02 Iyul 2026 09:34
AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ
02 Iyul 2026 08:43
Azərbaycan polisi – 108 illik şərəfli xidmət yolu
01 Iyul 2026 18:00
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Səhiyyə Nazirliyində oldu
01 Iyul 2026 16:45
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
01 Iyul 2026 16:41


Bakı -°C

