Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək.
Elm və Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır.
Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.
Yeni modelin əsas mahiyyəti müəyyən edilmiş qaydalar çərçivəsində övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsindən, yəni aylıq təhsil haqqının müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanmasından ibarətdir.
Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək. Əsas məqsəd uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək və məktəbəqədər təhsilin əhatə dairəsini əhəmiyyətli dərəcədə artırmaqdır.
Elm və Təhsil Nazirliyi tərəfindən Fərmanın icrası istiqamətində aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlərin icrasına başlanılıb və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam imzalanıb.
Digər Xəbərlər
01 Iyul 2026 18:00
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Səhiyyə Nazirliyində oldu
01 Iyul 2026 16:45
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
01 Iyul 2026 16:32
Şöbə rəisi istefa verdi
01 Iyul 2026 16:24
Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrıldı
01 Iyul 2026 16:01
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
01 Iyul 2026 14:40
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:08
Bakı-Brüssel-Bakı reyslərinə bilet satışı başladı
01 Iyul 2026 13:01


Bakı -°C

