İstilər birdən düşəcək...
İyunun 21- dən ölkəmizə yay gəlib. Amma yay olmasına baxmayaraq, iyun ayı başqa illərlə müqayisədə bu il çox sərin keçdi. Bununla yanaşı, həmin ayda ölkədə intensiv yağışlar, dolu yağdı və sel gəldi! Bütün bunlar insanlarda böyük narahatlıq yaratdı.
Bu gün - yəni iyulun 3 isə yayın isti günlərindən biridir. Təbii ki insanlar isti günlərdə daha çox istirahət mərkəzlərinə getmək istəyirlər! Hidrometeoroloqlar bildirirlər ki, iyul ayında havanın temperaturu yüksək olacaq. Hətta bəzi günlərdə ölkə ərazisində havanın temperaturu 40 dərəcəni ötəcək! Bu isə o deməkdir ki, ölkə ərazisinə istilər birdən- birə yox, tədricən gələcək!
Belə havalarda səhhətində problemlər olan insanlar daha diqqətli olmalıdırlar.Əlbəttə, yay fəslini çoxlarımız xoşlayırıq. Çünkü həmin fəsildə bolluq olur, mer-meyvələrin və bostan - tərəvəz məhsullarının qiyməti ucuzlaşır!
Üstəlik də istirahət mərkəzlərinə və dənizə çimmə gedənlərin sayı çoxalır. Bu il havalar qeyri-sabit keçdiynə görə, insanlar həmin yerlərə bir o qədər də gedə bilməyiblər.Bununla yanaşı, o yerlərin sahiblərinin də qanları qara olub ki, az müştəri olub.Amma gərək istirahət mərkəzlərinin sahiblərinin də insafî olsun ki, insanlardan dəyərindən artıq pul almasınlar. Heç kimə sirr deyil ki, bəzi istirahət mərkəzlərində çox bahalıqdır və ora gedənləri şişirdilmiş qiymətlər " oxuyaraq" soğan kimi soyurlar.Bununsa bir adı var- insafsızlıq!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
02 Iyul 2026 12:45
Bakıda şikayətlərdən sonra 177 eskalator yenilənəcək
02 Iyul 2026 12:20
“Azərsun Holdinq” “Qafqaz Konserv Zavodu”na mediatur təşkil etdi - FOTOLAR
02 Iyul 2026 10:40
Leyla Əliyeva Yevlaxda Cümə məscidində - FOTOLAR + YENİLƏNİB
01 Iyul 2026 15:42


Bakı -°C

