FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.
Bu barədə Adalet.az-a FHN-dən bildirilib.
Verilən məlumata görə, nazirlikdən tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır:
"Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi sürücülərə bir daha müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir".
Digər Xəbərlər
02 Iyul 2026 11:59
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
02 Iyul 2026 11:09
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02 Iyul 2026 10:23
İnsanlarımıza etibar ünvanı olasınız! - Elxan Şükürlü yazır
02 Iyul 2026 09:42


Bakı -°C

