adalet.az header logo
  • Bakı -°C
30 Oktyabr 2026 11:29
89
GÜNDƏM
A- A+

İmişli Şəkər Zavodunda jurnalistlər üçün təlim keçirilib - FOTOLAR

1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim təşkil olunub.

Adalet.az xəbər verir ki, təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq”in əməkdaşlığı çərçivəsində keçirilib.

Tədbirin məqsədi kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının prioritet istiqamətləri barədə media nümayəndələrini məlumatlandırmaq, onların aqrar sahədə bilik və məlumatlılığını artırmaq olub.

Təlimdə “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov holdinqin fəaliyyəti, aqrar sektor və qida sənayesi ilə bağlı layihələri barədə məlumat verib.

Daha sonra Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə Dövlət Proqramının əsas müddəaları və prioritet istiqamətlərini təqdim edib. O, aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, kənd təsərrüfatı texnikasına nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərindən danışıb.

Aqrar Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev isə media nümayəndələri üçün aqrar termin və anlayışlarla bağlı təqdimat edib. O, kənd təsərrüfatı mövzusunda xəbərlərin hazırlanmasında terminlərin düzgün işlədilməsinin və məlumatların dəqiq təqdim olunmasının vacibliyini vurğulayıb.

Təlimin sonunda iştirakçıların əldə etdikləri biliklərin yoxlanılması məqsədilə aqrar biliklər üzrə quiz təşkil olunub.