Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək
2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur.
Adalet.az Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur.
ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.
Digər Xəbərlər
30 Oktyabr 2026 12:39
Yeni Suraxanı–Hövsan xəttinin bərpası davam etdirilir
30 Oktyabr 2026 12:22
Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılsın - TƏKLİF
30 Oktyabr 2026 12:19
Baş Prokurorluqda yerli idarəetmə qanunçuluğu ilə bağlı tədbir keçirildi
30 Oktyabr 2026 12:00


Bakı -°C

