adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Aprel 2017 22:29
4216
HADİSƏ

İmişlidə qəza: avtomobil aşdı

İmişlidə baş verən qəzada ər və arvad xəsarət alıb.

Adalet.az xəbər verir ki, İmişli rayonunun Qaradonlu-Məzrəli yolunda avtomobilin aşması nəticəsində ər və arvad xəsarət alıb. İmişli sakinləri, avtomobilin sürücüsü 1939-cu il təvəllüdlü Nəsirov Ərzuman Əliş oğlu (kəllə-beyin travması) və onun həyat yoldaşı Nəsirova Tamilla Əliş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır. (apa)