İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - VİDEO
Ötən il Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsinə az bir vaxt qalanda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya ən yaxın adamlardan biri olan İBB İdman Klubunun rəhbəri Fateh Keleş pulla dolu çamadanları yığarkən görüntülənmişdi. Görüntülərdə milyonlarla lirənin masanın üstündə bağlamalar halında olduğu, ətrafdakı insanlar tərəfindən çeşidlənərək etiketləndiyi və qara rəngli səyahət çamadanlarına qoyulduğu görünür.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin İstanbul üzrə Baş Qərargahında qeydə alınan görüntülərlə bağlı məhkəmə prosesi 22 nəfərin şübhəli şəxs qismində dindirilməsi ilə başlayıb.
Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyat da həmin görüntülərdən sonra başlayan istintaq tədbirləri sırasındadır.
Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.
Digər Xəbərlər
07 Yanvar 2026 10:48
Daha bir ölkə Ukraynaya qoşun göndərməkdən imtina etdi
07 Yanvar 2026 10:45
Kavelaşvili xalqa çağırış etdi
07 Yanvar 2026 09:53
İranda etirazçılar bu iki şəhəri ələ keçirdilər
06 Yanvar 2026 21:00
Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Yaşar Gülər
06 Yanvar 2026 20:50
Maduronun oğlu atasından danışıb ağladı - VİDEO
06 Yanvar 2026 20:32
Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözləri ilə cavab verdi - VİDEO
06 Yanvar 2026 20:04
Avropa Ukraynaya 30 minədək sülhməramlı göndərə bilər
06 Yanvar 2026 19:17


Bakı -°C

