adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2023 13:10
582
ŞOU-BİZNES

İlkinin həyat yoldaşı: “Bilirəm ki, kimlərlədir”

İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəni açıqlaması ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, “Səhər mərkəzi”ndə qonaq olan aparıcı üçün efirə zəng edən Ayselə sual ünvanlanıb.

Xanım Həsəni “İlkin evə gec gələndə əsəbiləşirsən” sualına “Əsəbiləşmirəm. Bizdə bu davamlı olan hal deyil. Tək tədbirlərdən gec gəlmir. Dostları ilə zaman keçirdiyi vaxtlar olur.  Bilirəm ki kimlərlədir,  hətta şəkil də göndərir oradan” sözləri cavab verib.

İlkin isə “Sağollaşaq”, - deyə, zarafatla fikrini bildirib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

ƏNTİQƏ