adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2019 10:14
25446
ƏDƏBİYYAT

İlham Qəhrəmanın Mərasim Evində İmza Günü keçirilib - Foto

Oktyabrın 26-da Mərhəmət Kimsəsizlərə Kömək İctimai Birliyinintəşəbbüsü və dəstəyi ilə tanınmış şair İlham Qəhrəmanın yeni çapdan çıxmış"Şairin vətəni sevgidir” kitabının İmza Günü keçirilib. 

Yeni Günəşlidə"Laçın” Mərasim Evində çay süfrəsi arxasında baş tutan tədbirə xeyli kitabsevərinsan toplaşmışdır. Mərasim evindəki stolların birində şairin indiyə qədər çapolunmuş kitablarından nüsxələr sərgilənmişdi. Bu mənada İmza Gününü İlhamQəhrəmanın 60 yaşın işığında oxucular qarşısında yaradıcılıq hesabatı daadlandırmaq olardı. Tədbirə gələnlər şairin yeni kitabıyla bərabər həm dəbundan əvvəl çap olunmuş "Laçın lətifələri”, "Sevgi durna çırağıdır”, "Ağlama,qələm eşidir” və toplayıb tərtib etdiyi Sarı Aşığın "Gül dəftəri” kitablarınıda əldə edib müəllifə imzalatmaq fürsəti qazanmışdılar. Tədbir başlamazdanəvvəl oxucular şairin imzasını almaq üçün onu dörd bir yandan dövrəyəalmışdılar. Elə iştirakçı vardı şairin hər kitabından olmaqla bir qucaq kitablaimzalatmaq üçün növbə gözləyirdi. Bəziləri isə tədbirə gələ bilməyəndost-tanışının sifarişiylə aldıqları kitabları adları deməklə imzalatdırırdılar.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini şairin imza məsələsindətəntidiyini görüb qucağındakı bir topa kitabdan yalnız birini uzadıb dedi -əmoğlu, birnə imza qoysan bəsdi. Şair bir tərəfdən imza qoymaq üçün qayğılıgörünsə də, o biri yandan kitablarına oxucu marağının olmasından yana məmnungörünürdü. Şəhərin mərkəzdən uzaq yerində bir çoxlarının Mərasim Evində ədəbitədbir keçirməyə dodaq büzməsinin əksinə olaraq gələnlərin çox olması maraqdoğurmaya bilməzdi. Demək ədəbiyyat, dəyərli söz harda olsa qiymətlidir – istərdəbdəbəli saray olsun, istər adi bir mərasim evində. Burda belə bir xalq deyimiyada düşür: Çanağında bal olsun, arısı gələr Bağdaddan. Yeni Günəşlininmərkəzdən uzaq olduğuna görə gələnlərin bəzisindən hardan gəldiyi iləmaraqlanıram – məlim olur ki, Bakının Xətai rayonu ərazisindən, Xırdalanşəhərindən, Xəzər rayonundan, Pirallahıadasından belə şairin kitablarını almaq üçün bura gələnlər var. Əsəd Cahangirsalona daxil olan kimi tədbirin rəsmi hissəsi başladı. Şairlə bərabər onaLaçında tarixdən dərs demiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun başelmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Məhərrəmova, tanınmış ədəbiyyattənqidçisi Əsəd Cahangir və aktyor və qiraət ustası Zülfiyyə Eldaqızı səhnədəyer aldılar.



İlham Qəhrəman ayağa qalxıb gələnləri salamladı xoş gəldiniz elədi. Dahasonra - bu salonda həmişə haqq dünyasına qovuşanlarımızın yas mərasimindəaxundlarımızın dualarını dinləmişik. Bu gün burda biz ənənədən kənara çıxıbtoplaşanları sazı və sözü dinləməyə dəvət etmişik. Sağ olun ki, gəlmisiz – dedi və tədbiri idarə etmək üçün sözü Əsəd Cahangirəverdi.

Əsəd Cahangir şairi toplaşanlara belə təqdim etdi:

İlham Qəhrəman müasir Azərbaycan poeziyasının tanınmışnümayəndələrindən biridrir. Onun poeziyasının əsas xüsusiyyətləri ondanibarətdir ki, o həm bizim müasir Azərbaycan şeirinin, həm də klassik və aşıqşeirinin ən gözəl xüsusiyyətlərini öz yaradıcılığında sintez eləyir. Onunşeirləri formaca zəngindir – yəni həm aşıq şeiri formalarında heca şeirləri,həm də sərbəst şeirlər yazır, eyni zamanda bu ikisinin arasında olan ritmiksərbəst şeirlərdə də öz qələmini sınayır. İlhamın mövzu və məzmunca palitrasırəngarəngdir. Belə ki, biz onun kitablarında həm vətənpərvərlik ruhunda, həmməhəbbət mövzusunda, həm fəlsəfi, həm də təbiət təsvirləriylə bağlı şeirlərlərastlaşırıq. Bununla bərabər İlham Qəhrəmanın şeirlərinin ana mövzusuməhəbbətdir – vətənə məhəbbət, təbiətə məhəbbət, insana məhəbbət, həyataməhəbbət. Şairin şeirlərinin ən əsas xüsusiyyəti sadəliyin dərinliyidir. Onlarözünün emosional təsir gücüylə seçilir ki, bu da onların sadəlik və eynizamanda fəlsəfi dərinliyə malik olmasından ibarətdir. Onu mən sözün rəssamıhesab edirəm. Onun vurduğu boyalar, rəsmlər orjinaldı, özünəməxsusdur. Ona görədə İlham Qəhrəman maraqla oxunur, onun təşbehləri, metaforaları yadda qalır. Ohəqiqi ilham və istedad sahibidir. Yaradıcılığının başlıca özəlliyi bundanibarətdir - öz ilhamını haqdan alıbdır və eyni zamanda xalq dilindən gəlir. Ohəm haqqın şairidir, həm də xalqın şairidir. Azərbaycan poeziyasında mənümimiyyətlə iknci elə bir şair təsəvvür eləmirəm ki, Azərbaycan xalq dilininincəliklərini İlham Qəhrəman qədər bilsin və poeziyaya gətirə bilsin.



Axırda ƏsədCahangir tədbiri açıq elan edib gənc saz ifaçısı aşıq İlkin Laçınlını

səhnəyə dəvətetdi. Məlum oldu ki, aşıq sazı əvvəldən "Ruhani”yə kökləyib.

İfadan sonraaparıcı çıxış üçün sözü Solmaz xanıma verməzdən əvvəl şairin son kitabında yeralan "Solmaz müəllim” şeirini oxumaq üçün mikrofonu Zülfiyyə Eldarqızına verdi.Solmaz xanıma ünvanlanmış şeir onun gənclik portretinin cizgilərini verməkləyanaşı həm də yurd itkilərimizdən bəhs edir. Şeirin Solmaz müəllimi də, dinləyənlərikədərləndirdiyi onların üz ifadələrindən aydın hiss olunurdu.

Qiaraətçinin təsirli ifasının ardınca Solmaz müəllim çıxışında salondakılaraİlham Qəhrəmanı dərslərinə hazırlıqlı bir şagird kimi xarakterizə etdi. Onunmütaliəyə çox həvəsli olduğunu, 6-cı sinifdə oxuyandan məktəb kitabxanasındaadına oxucu kartı açıldığını dedi. Ona dərs deyən müəllimlərdən biri olduğundandolayı fərəh duyuduğunu vurğuladı. Natiq fikrinə davam edib bildirdi ki, İlhamQəhrəmanın şeirlərində təbiilik var, bu şeirlərdə xalq ruhu, xalq nəfəsi çoxgüclüdü. O şairin anasının ölümünə yazdığı "Anamın qolları” essesini oxuyandansonra bir həftə essenin təsiri altında qaldığını, bir azərbaycan qadınıhaqqında belə bir təsirli və gözəl esse qələmə aldığna görə şaigirdinə təşəkküretdiyini də gələnlərin diqqətinə çatdırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüzİsmayılov öz çıxışında İlham Qəhrəmanın yaradıcılığını belə dəyərləndirdi:



Bəzənİlham Qəhrəman haqqında elə danışılır ki, sanki o, Laçının və ya laçınlılarınşairidir. Halbu ki, İlham Qəhrəmanın yaradıcılığının əhatə dairəsi Azərbaycanıncoğrafi sərhədləri deyil, Azərbaycan xalqının mənəvi sərhədləri ilə ölçülə bilər.Çünki onun yaradıcılığı təbrizli, borçalılı, dərbəndli, qarslı, hətta kərküklüüçün də doğma və istidi. Bu mənada İlham Qəhrəmanın yaradıcılığına bəzən birelin, bir rayonun miqyasında qiymət vermək yumşaq desək ədalətsizlikdir. Məncəİlham Qəhrəmanın yaradıcılığı folklorla yazılı ədəbiyyatın vəhdətidir. Hətta məniddi edirəm ki, onun şeir kitabları imzasız çap edilsə, oxucu kitablardakı mətnlərifolklor kimi rahatca qəbul edə bilər. Bu mənada İlham Qəhrəmanı bizim ustadaşıqlarla, folklora bağlı şairlərimizlə müqayisə etmək olar. Amma İlham Qəhrəmanınyaradıcılığı həm də müasirliyi, fəlsəfi tutumu ilə folklordan fərqlənir. OnunyaradıcılığınıAzərbaycan ədəbiyyatının seçilən müasir simaları ilə müqayisə etməkmümkündür.

ADU-nun (XariciDillər Universiteti) baş müəllimi şair-tərcüməçi Yusif Savalan şairi təbrikedib toplaşanlara yubilyarın 2 şeirini həm orjinalda, həm də özünün almancaya tərcüməsindəoxudu.

"Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli əvvəldə qələmdostunun "Dua” şeirini əzbərdən deyib onu bu il 60 yaşının tamam olmasımünasibətiylə təbrik etdi. İlham Qəhrəmanın yurd həsrətli, Qarabağfacilərimizdən bəhs edən şeirlərində oxucuların yarasının qaysağını qopartdığını,bu ağrılarımızı unutmağa qoymadığnı vurğuladı. Şairin bütün şeirlərində olduğukimi vətən mövzusunda yazdığı şeirlərdə də səmimilikdən uzaq bir misra tapamaqmümükün deyil dedi. Arif Məmmədli fikrini İlham Qəhrəmanın Laçın ağrısınıçılpaqlığıyla çatdıran "Gizlənpaç” şeirini deməklə tamamladı.

"Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovçıxışında daha çox İlham Qəhrəmanın folklor nümunələrini toplaması və tərtibetməsi istiqamətində gördüyü işlərdən danışdı:

İlhamQəhrəmanın bu gün mən folklorşünaslıq keyfiyyətlərindən danışmaq istəyirəm.Onun könül işi kimi yığıb topladığı "Laçın folkloru”, "Laçın lətifələri” vəSarı Aşığın "Gül dəftəri” kitabları bir tədqiqatçı kimi bütün konponentləri iləalimlik fəaliyyətini özündə ehtiva edir.Toplayıcılıq folklorşünaslıq sahəsindəxüsusi bir sahədir. Burada toplayıcıdan həm fədakarlıq, həm obyektivlik, həm dədüyum tələb olunur. Bu keyfiyyətlər İlham Qəhrəmanda yüksək səviyyədə olduğuüçün o, yüksək kefiyyətlə mədəni irsimizi toplayıb nəşr etdirməyə nailolmuşdur.



SarıAşıqla bağlı araşdırmalarında isə şair İlham Qəhrəman özünü bütün keyfiyyəti ilətam bir folklor tədqiqatçısı kimi göstərmişdir. O, aşıq şeirinin müqayisəli təhliliniverməklə, ayrı-ayrı mənbələr kontekstində araşdırma aparmışdır. Tərtib etdiyi"Gül dəftəri” kitabına yazdığı ön sözdə şifahi ədəbiyyat nümunələrininetimologiyası və müəllif haqqında ən vacib qaranlıq məsələləri araşdırmışdır.Kitabda Sarı Aşığın doğum yerinin müəyyənləşdirilməsi və yaradıcılığı ilə bağlımaraqlı fikirlər yer almışdır. Laçında doğulan şair İlham Qəhrəmanın poetikduyğularının hüdüdları Bütöv Azərbaycanla və Türk dünyası ilə müəyyənləşdirilir.O,Qarabağ dərdini qəlbində, canında və poetik duyğularında yaşatdığı kimi Dərbənd,Göyçə, Borçalı və Kərkük dərdini də eyni səmimiyyət və ağrı ilə yaşadır.

Yazıçı-filoloqHəcər Paşayeva İlham Qəhrəman yaradıcılığını sosial şəbəkdən və elektron KİV-lərdənizlədiyini, bu gün kitablarını əldə etdiyinə görə çox şad olduğunu dedi. Natiqçıxışına belə davam elədi – xilkafətlikdən üzü bəri bütün dövrlərin ədəbiyyatıilə müəyyən dərəcədə tanışam. Ancaq İlham Qəhrəman yaradıcılığında gördüyüm səmimiyyəti,xalq dilinə yaxınlığı heç kimdə görmədim. İlham Qəhrəman şifahi və yazılı ədəbiyyatınən böyük nailiyyətlərini öz yaradıcılığında uğurla birləşdirib. Onun şeirlərindəxəlqilik güclüdür. Həcər xanım üzünü həmyerlilərinə tutub - İlham Qəhrəmanınkitabları anbarlarda, kitab rəflərində qalmaq üçün nəşr olunmayıb. Orda sizin dərdiniz,qayğılarınız, sevincləriniz əksini tapıb. O kitabları sizdən sonraövladlarınız, nəvə-nəticələriniz oxuyacaq. Kim olduqlarını, hardan gəldiklərinibiləcəklər.

Yazıçı FəxriUğurlu, jurnalist Natiq Muxtarlı, təhlükəsizlik eksperti İlham İsmayıl, əməkdarjurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Cəmilzadə, şair İlham Qazaxlı, şairinsinif yoldaşı Cəmilə İbrahimova və başqaları söz alıb yubilyarıa ürək sözləriniçatdırdılar.

Məclisboyu iştirakçılar sazın müşayiəti ilə ara Zülfiyyə xanımın, ara şairin özifasında şeirlərini dinlədilər.

Sondaİlham Qəhrəman toplaşanlara, Mərasim Evinin rəhbərliyinə və Mərhəmət KimsəsizlərəKömək İctimai Birliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünübildirdi.

Aşıqİlkin Laçınlının sazının sədalarıyla başlanan məcslis sonda yenə onun ifasında"Baş sarıtel” havasıyla yekunlaşdı. Sonda xatirə şəkilləri çəkildi.

Vəsilə Məmmədova,

Sabunçurayon MKS-nin 12 saylı filialın müdiri