İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub - YENİLƏNİB
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.
Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd etdi.
Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteqeronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik etdi. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədinin imzalanmasının vacibliyini vurğuladı.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.
*** 14:48
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.
Digər Xəbərlər
25 Dekabr 2025 14:18
“ABŞ-Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib...”
25 Dekabr 2025 13:19
Milli birlik güclü liderlik üzərində qurulur
25 Dekabr 2025 09:10
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 17:55
Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
24 Dekabr 2025 17:47
"Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik" - Dövlət başçısı
24 Dekabr 2025 17:43
"Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı" - Prezident
24 Dekabr 2025 17:31
"Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir" - Dövlət başçısı
24 Dekabr 2025 16:52


Bakı -°C

