İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Adalet.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.
Digər Xəbərlər
04 Iyun 2026 13:10
Əli Əsədov görüş keçirdi - FOTO
04 Iyun 2026 09:11
ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır - Politoloq
03 Iyun 2026 16:50
Roma Papası İlham Əliyevi TƏBRİK ETDİ
03 Iyun 2026 16:24
Cənubi Qafqazın taleyi... - Səxavət Məmməd yazır
03 Iyun 2026 12:21
""Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları yeni hüquqi kimlik qazanırlar"
03 Iyun 2026 12:20
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
03 Iyun 2026 11:45
"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
03 Iyun 2026 11:06


Bakı -°C

