İlham Əliyev Britaniya Baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı verib.
Adalet.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Digər Xəbərlər

Hikmət Hacıyevdən agent iddialarına CAVAB

Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşüb

Zakir Həsənov İrana başsağlığı verdi

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ
