"Maşa və Ayı"ya görə Space TV-yə xəbərdarlıq edildi
13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Bu barədə Adalet.az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda "Space TV" kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.
Digər Xəbərlər
15 Oktyabr 2026 12:43
Sabah yağış yağacaq
14 Oktyabr 2026 22:36
Prezident və ailə üzvləri qonaqlarla şam yeməyində - FOTOLAR
14 Oktyabr 2026 19:08
Almaniyadan 30-dan çox azərbaycanlı geri qaytarıldı
14 Oktyabr 2026 18:22
Azərbaycan-BƏƏ hərbçilərinin birgə təlimində "şahinlər" havaya qalxdı - FOTOLAR/VİDEO
14 Oktyabr 2026 18:10
“313 Team” saytlarımıza kiberhücuma görə - Məsuliyyəti üzərinə götürdü
14 Oktyabr 2026 17:46
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"
14 Oktyabr 2026 16:00
Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
14 Oktyabr 2026 13:01


Bakı -°C

