"Azərbaycan borc verən dövlətə çevrilib" - Siyavuş Novruzov
"Bu gün Azərbaycan borc alan ölkədən, borc verən dövlətə çevrilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
“Hazırda Azərbaycan məhz qurtuluş nəticəsində ayrı-ayrı ölkələrə investisiyalar qoyur, yollar çəkir, digər layihələrdə iştirak edir, müəssisələr, otellər tikir. Qurtuluşun və büdcənin icrasının nəticəsidir ki, bu gün Qarabağ Universiteti yaranıb.
Laçında, Füzulidə, Zəngilanda qurtuluşun aeroportları tikilir, fəaliyyət göstərir. Bu gün biz o büdcədən vaxtilə "KAMAZ" “şofer”lərinin rəhbərliyi ilə yaradılan ordudan nizami ordu yaratmışıq. Azərbaycanda artıq dünyanın tanıdığı Ordu fəaliyyət göstərir.
Qurtuluş olmasaydı, ayrı-ayrı ölkələrdən bütün qaçqınlarımıza yardımlar xahiş edirdik. Bu gün isə biz qaçqınlarımızın layiqli şəkildə öz dədə-baba yurdlarına qayıtmalarını təmin edirik. Hazırda dünyanın bütün tədbirlərinin Qarabağda keçirilməsini istəyirlər”, - deyə deputat bildirib.
Nicat
Digər Xəbərlər
26 Iyun 2026 18:07
Gücü olan qaydanı qoyur - Səxavət Məmməd yazır
26 Iyun 2026 17:30
Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi
26 Iyun 2026 17:16
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
26 Iyun 2026 11:07
“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11


Bakı -°C

