Hikmət Hacıyevdən agent iddialarına CAVAB

Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - deyə Hikmət Hacıyev qeyd edib.
Digər Xəbərlər

İlham Əliyev BƏƏ-yə səfər etdi - FOTOLAR

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə cavab

Sabah İlham Əliyevlə Paşinyan görüşəcəklər

Milli Məclisin son iclasının gündəliyi açıqlanıb

Ceyhun Bayramovdan diplomatlara TƏBRİK

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Dəyirman öz işində, çax-çax baş ağrıdır… - Səxavət Məmməd yazır
