İlaxır çərşənbədə 8 nəfər tonqalda yanıb
İlaxır çərşənbə günü tonqalda yanan 8 nəfər yanıq şöbəsinə müraciət edib.
Bu barədə 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinin baş həkimi Şöhrət Mənmmədov deyib. Onun sözlərinə görə, müraciət edənlər arasında ağır yanıq xəsarəti alan xəstələr olmayıb.
"Onlara ilkin tibbi yardım göstərilib, evə yola salınıblar. Müraciət edənlər 3-14 yaş arası uşaqlardır. Tonqalda yananlardan ikisi qadın, qalanları oğlan uşaqlarıdır. Yanıq xəsarətləri səthidir".
Ş.Məmmədov bildirib ki, müraciət edənlərin əksəriyyəti Bakının Sabail, Xətai, Nəsimi, Yasamal rayonlarındandır: "Bu gün bir nəfər Baləkəndən gətirilib. O, 10 yaşında oğlan uşağıdır”.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02