adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Aprel 2018 15:04
15246
ƏDƏBİYYAT

III “Məmməd Araz poeziya günü” Qazax rayonundan başladı - FOTOLAR

Xalq şairi Məmməd Arazınxatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan start götürüb.Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidentiyanında Bilik Fondunun təşkilatçılığı və Qazax rayon İcra Hakimiyyətinindəstəyi ilə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, AYB Qazaxzona filialının üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, rayondafəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə kollektivi,məktəblilər və KİV nümayəndələri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə uluöndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərinehtiramla yad ediblər.


Sonra Gənclər Mərkəzindədavam edən tədbir Xalq şairinin öz ifasında səslənən şeirinin oxunması iləbaşlayıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri girişsözü ilə açaraq Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli vəzəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyiolan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və millimündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir.Görkəmli söz ustadı Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalqməhəbbəti, el həqiqətləri onun yaradıcılığının nüvəsində dayanır.


Tədbirin aparıcısı AYBQazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal MəmmədAraz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan sözaçıb. "Məmməd Araz poeziya günü”nünideya müəllifi, şair Qardaşxan Əzizxanlı çıxışedərək bildirib ki, bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləriləistiqlal şairi olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki üçüncü dəfə təşkilolunan Məmməd Araz poeziya günləri, həm də böyük şairin anadan olmasının 85illik yubileyi ilə əlamətdardır və keçirilən tədbirlərə AzərbaycanRespublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyidəstək verir. Layihə rəhbəri bildirib ki, Aprelin 20-dən etibarən Qazaxdanbaşlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcəkdir.

AYB Qazax zona filialınınaparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu öz çxışında şair və yazıçılara,söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksəksəviyyədə keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovaöz dərin minnətdarlığını bildirib.

Tədbirdə Əməkdarartislərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov vəYaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.


Sonra söz poeziyagünlərinin tərkibinə daxil olan "Məmməd Araz poeziya müsabiqəsi”niniştirakçılarına verilib. Müsabiqəninqalibi və iştirakçısı olmuş məktəblilər Xalq şairinin bir-birindən zəngin olanşeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin "Azərbaycan-dünyam mənim” və "Qalxayağa, Azərbaycan” şeirlərini tədbir iştirakçıları ayaqüstə, alqışlarlaqarşılayıblar.

Tədbirin sonunda Qazaxrayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, layihə rəhbəri Qardaşxan Əzizxanlıvə digər qonaqlar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindəntəsis edilmiş diplomları və hədiyyələri müsabiqə qaliblərinə təqdim ediblər.