adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Fevral 2024 11:29
3432
SAĞLAMLIQ

İDRAK HƏKİMİN ƏLLƏRİ QIZILDIR…

Sirr deyil ki, bu gün bir çox insanlar müalicə və əməliyyat üçün xarici ölkələrə üz tuturlar. Heç kimi qınamalı deyil. Hamı istəyir ki, yaxşı həkim onu müalicə etsin! Amma axtaranda ölkəmizdə heç də o xaricdəki həkimlərdən geri qalmayan və əksinə daha yaxşı olan çox savadlı, istedalı və səmimi həkimlərimiz var.

Sadəcə olaraq, onları arayıb-axtarmaq və belə həkimlərin yanına getmək lazımdır. Belə istedadlı, savadlı və qeyri-adi bir həkimlik təcrübəsinə malik olan insanlardan biri də «Diaqnoz» tibb mərkəzində işləyən nevropatoloq İdrak Həsənovdur. O, İdrak Həsənov ki, onun yanına ən ağır xəstələr gedib. Və onlar da bir neçə kurs müalicədən sonra tam sağalıb, ayağa qalxıblar və sonradan dağa-daşa düşməyiblər.

Ağrıları və çətinlikləri olanda yenidən İdrak həkimə üz tutublar. İdrak həkim də kimliyindən asılı olmayaraq, həmişə yanına gələnləri diqqətlə müayinə edib və düzgün müalicə aparıb. Elə bu düzgün müalicədən də insanlar şəfa tapıblar. Belində, boynunda, müxtəlif yerlərində ağrısı və yırtığı olan pasiyentlər onun müalicəsindən sonra ayağa qalxıb, yeriyib və iş başına qayıdıblar. Hətta səhiyyənin çox yüksək səviyyədə inkişaf etdiyi İsraildə müalicə alan tanınmş bir insan tam sağalmayıb, sonradan İdrak həkimin yanına gəlib və onun intensiv müalicələrindən sonra sağalıb, yenidən işə qayıdıb. O, deyir ki, mənim imkanım olsaydı, İdrak Həsənov kimi həkimlərin əlini qızıla tutardım. Çünki onların əlləri qızıldır. Heç bir xarici ölkədə müalicə oluna bilmədim, amma məni bu həkim sağaltdı. Ona görə də belə həkimlərin qədrini bilməliyik. 

Biz də hər ikimiz müxtəlif vaxtlarda İdrak həkimin müalicələrini qəbul eləmişik. Çox yerdə müalicə olunsaq da sağala bilməmişik. Hətta birimizə dedilər ki, əməliyyat olunmalısan. Ancaq İdrak həkim bizi müayinə edəndən sonra dedi ki, əməliyyatdan sonra da yırtıqlar yarana bilər və ağrılarınız çoxalar. O,  əməliyyatsız bizi müalicə etdi. İndi ildə bir dəfə onun yanına  gedirik, müalicə götürürük və çox sağlam, ağrısız-acısız yaşayırıq. Hətta bizim qardaşlarımızın birinin belində 15 mm. yırtıq var idi, onu da İdrak həkim tam müalicə etdi. 

İdrak həkim bütün xəstələrə eyni münasibət bəsləyir: istər varlı ol, istərsə də kasıb. Öz səmimiyyəti və insani dəyərləri ilə pasiyentlərə həmişə müsbət enerji və xoş aura verir. Onun köməkçisi Yeganə Elçin qızı Xamıyeva da çox bacarıqlı, səmimi və savadlı bir tibb işçisidir. O, müalicə prossesində xəstələrlə ünsiyyətdə olur, bax, onda Yeganə xanımın səmimiyətinin, şirin dilinin, insanlığının şahidi oluruq. Sözümüzün canı ondan ibarətir ki, ölkəmizdə bu sahə üzrə ən yaxşı mütəxəssislərdən biri İdrak Həsənovdur və belə həkimlərin də qədrini bilmək lazımdır. Çünki xaricdə çox savadlı həkimlər ola bilər. Amma ölkəmizdə İdrak həkim kimi mütəxəssislərin olması onu deməyə əsas verir ki, bizim məmləkətdə də onlardan geri qalmayan həkimlərimiz var! Allah belə həkimləri qorusun!             

 

SƏMƏNDƏR MƏMMƏDOV 
FAİQ QİSMƏTOĞLU