adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2019 12:27
63851
MARAQLI

İçkinin təsirindən ayılmaq üçün nə edək?

Dünyanın bir çox ölkəsində ayılmaq üçün bəziiçkilər məsləhət olunur. Bunların ən birincisi acısı, limonu bol "Bloody Mary”içkisidir. Amerikalılar isə Cin-Martini kokteylinin də ayıltmaq gücü olduğunuiddia edirlər. İngilislər isə ayılmaqüçün gecə içilən şərabın eynisindən ertəsi gün də içilməsini məsləhət görürlər.

Almanların Underberg, Jaegermeister, italyanlarınFernet Branca, fransızların Chartreuse, macarların Unicum adlı bitki tərkibli içkiləridə ayılmağa kömək edir.

Məncə, ən iyrənc içki Malaziya və Sinqapurdahazırlanan içkidir. Bu ölkənin insanlarıayılmaq üçün "Donuz sümüyü çayı”ndan mədət umurlar. Bu çayın dəmlənməyibelədir: Qazanlarda donuz qabırğası, ulduz anason, darçın, sarımsaq, soya sosu,gingseng kökü və digər şəfalı bitki kökləri ilə uzun müddət bişirilir. O vaxtakimi ki, şorba çay rəngini alsın. Şorbanın yanında mütləq donuz ciyəriyeyilməlidir. Bu iki ölkədə bütün gecə klublarında gecə yarısından sonra bu şorbaservis edilir.

P.S Qurban olaramözümüzə... Biz ayılmaq üçün səhər saat 6-da xaşla 200 qram araq vururuq,vəssalam!