İcbari sığorta ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ
Sığorta olunanların uçotu və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub.
Adalet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq Qaydaya əsasən sığorta olunanların və sığortalıların sığortaçıda uçotu "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə təşkil edilir.
"Yeni Qaydaya görə sığorta olunanların "MyGov" platformasında olan şəxsi kabinetində özləri barəsində uçot məlumatlarını yoxlamaq imkanı yaradılır.
Digər müvafiq Qayda ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə (Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə) sığorta məbləğinin hesablanması üçün düstur müəyyənləşdirilib. Belə ki, sığorta məbləği hər bir sığorta olunan üçün onun yaşı, birillik əməkhaqqı fondu və digər meyarlar nəzərə alınmaqla hesablanır.
Qaydada müvafiq sığorta ödənişinin təyin edilməsi üçün tələb olunan sənədlər, müraciət prosedurları, habelə sığorta ödənişinin məbləğinin hesablanması, aylıq sığorta ödənişinin dayandırılması, yenidən hesablanması halları da əksini tapıb.
Qaydaya əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar istisna olmaqla, digər sığorta olunanlara sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər ƏMAS vasitəsilə göstərilir.
Digər müvafiq Qayda isə qeyd olunan sığorta vəsaitinin formalaşma mənbələri, sığorta ehtiyatı fonduna ayrılacaq vəsaitin həcmi və həmin vəsaitlərdən istifadə mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
11 Avqust 2026 22:05
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
11 Avqust 2026 22:00
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
11 Avqust 2026 21:40
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO
11 Avqust 2026 21:33
Prezidentlə xanımı komando hərbi hissələrinə Döyüş bayraqlarını verdilər - FOTOLARI + VİDEO
11 Avqust 2026 20:46
Ağdərədə əmək yarmarkası keçirildi
11 Avqust 2026 20:25
Prezident elektrik mühərrikli yeni avtobuslara baxıb - YENİLƏNİB + FOTOLAR
11 Avqust 2026 19:50
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - FOTOLAR + VİDEO
11 Avqust 2026 19:49


Bakı -°C

