Hüseyn Abdullayevin səhhəti ilə bağlı son məlumat - YENİLƏNİB
Hüseyn Abdullayev cari ilin 02 avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.
"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir", - məlumatda qeyd olunub.
***
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Adalet.az xəbər verir ki, məlumatı Report-a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Digər Xəbərlər
07 Yanvar 2026 16:06
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var - VİDEO-YENİLƏNİB
07 Yanvar 2026 15:00
Cəbrayılda mina partladı - Xəsarət alan var
07 Yanvar 2026 12:21
“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
06 Yanvar 2026 20:41
Əməkdar müəllim vəfat etdi
06 Yanvar 2026 16:38
Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06 Yanvar 2026 13:02
Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu
06 Yanvar 2026 12:28
Şəhid atası vəfat etdi – FOTO
05 Yanvar 2026 17:54


Bakı -°C

