Hotel sahiblərinə 3 il vergi güzəşti ediləcək
Regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) vergi təşviqləri veriləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.
Digər Xəbərlər
02 Oktyabr 2026 22:45
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
02 Oktyabr 2026 22:02
Avropada qaz bahalaşdı
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57


Bakı -°C

