"Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq" - Dövlət başçısı
"Bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq".
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
“Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”, - dövlət başçısı əlavə edib.
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:24
İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
13 Mart 2026 11:08
Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
13 Mart 2026 11:07


Bakı -°C

