"Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
"2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır:
"Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28 697 nəfər artıq məskunlaşıb. Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu, yalnız 2 ayda keçmiş məcburi koçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir".
"Yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik", - deyə deputat vurğulayıb.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

